Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"


12:19     31 Avqust 2022 22_08_31_1661934018.jpg

Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Femida.az-In sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 412