Tərtər sakini qohumunu qətlə yetirib


10:54     01 Oktyabr 2022 22_10_01_1664607284.jpg

Tərtər sakini qohumu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Bu barədə Femida.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 30-u saat 17 radələrində Tərtər rayonu, Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 6067