Ağır qəza: Ölənlər var


09:37     02 Oktyabr 2022 2022/10/qeza-foto-s_1664685488.jpg

Goranboy rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Xan Qərvənd kəndində iki minik avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Belə ki, yol qəzasında ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.

Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 9100