Prezidentdən hərbi xidmətlə bağlı - Sərəncam
14:45 30 May 2015
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
Oxunub: 468
Oxşar xəbərlər
- Prezidentdən yeni təyinatlar – SİYAHI
- Prezidentdən SƏRƏNCAM - Enerji mənbələri barədə
- Prezidentdən xarici kəşfiyyat xidməti ilə bağlı SƏRƏNCAM
- Prezidentdən mühüm tapşırıq - Ehtiyac meyarı qaldırıldı
- Prezidentdən daha bir sərəncam
- Prezidentdən yol tikintisi ilə bağlı - Sərəncam
- Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili toplantı keçirilir
- Prezidentdən idmanla bağlı qəbul keçirdi
- Prezidentdən daha bir SƏRƏNCAM
- Prezidentdən Mehman Əliyevin həbsinə reaksiya: Azad edilsin