Pan Gi Mun Azərbaycan prezidentini təbrik edib
19:39 30 May 2015
BMT baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.
Femida.az-ın məlumatına görə, BMT baş katibinin məktubunda deyilir:
“Zati-aliləri, Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.
Hər bir ölkə bizim birgə səylərimizə özünəməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin İtaliya prezidenti Sergio Mattarella təbrik edib.
Oxunub: 664
Oxşar xəbərlər
- Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
- Pan Gi Mun Bakıya gəlib
- Pan Gi Mun prezidentlik fikrindən daşındı
- Pan Gi Munun qardaşına qarşı rüşvət ittihamı
- Pan Gi Mun 200 min dollar rüşvət alıb?
- Pan Gi Mundan önəmli çağırış
- Pan Gi Mun Trampla telefonda danışdı
- Pan Gi Mun Rusiya və ABŞ-a səsləndi
- Pan Gi Munun köməkçisi `ASAN Xidmət`i nümunə göstərdi
- Pan Gi Munun Bakı müraciəti: `Birgə çalışa bilərik`