2 rayonda yanğın oldu


14:00     31 Yanvar 2016 yangin_ev_215.jpg

Neftçala və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan birmərtəbəli tikilidə yanğın baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 12 kv.m sahədə qarsalanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Susayqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan tövlədə baş vermiş yanğın nəticəsində dam örtüyü 6 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları 8 kv.m sahədə və talvarın altına yığılmış 600 kq ot bağlamasının 200 kq yanıb. Tövlənin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 1008