Xətai və Qaradağda da ev yanıb


15:15     31 Yanvar 2016 e33a8af62a1e59d2f6364cc09373197f.jpg

Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağ rayonunda da yanğın olub. Vətəndaşa məxsus ümumi sahəsi 415 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və içərisində olan tikinti materialları malları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 805