58 yaşlı kişi dəm qazından zəhərləndi


00:33     01 Fevral 2016 zeherlenmeee.jpg


Gəncə sakini dəm qazından zəhərlənib.

Hadisə bu gün saat 19:00 radələrində baş verib. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Gəncə sakini 58 yaşlı Oqtay İsmayılov yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

O dərhal xəstəxanaya gətirilib. Həkimlər Oqtay İsmayılova ilkin tibbi yardım göstərib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta ağır olduğunu bildirir.

Açar sözlər:

Oxunub: 1045