Beyləqanda faciə: 44 yaşlı kişi özünü asdı


15:14     01 Fevral 2016 asdi1.jpg

Beyləqanda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan İsmayılov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 1136