Bakıda axtarışda olan 5 nəfər tutulub


16:30     01 Fevral 2016 hebsss6.jpg

Bakıda axtarışda olan şəxslər tutulub.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, DİN TŞX, Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 30-na keçən gecə, Əmircan qəsəbəsində Yaşar Nəbiyevə məxsus «Kamaz» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Mətləb Həsənov tutulub.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Vüqar Ukalayev saxlanılıb. Bu maddə ilə axtarışda olan 1959-cu il təvəllüdlü İlham İsmayılov və 1982-ci il təvəllüdlü Razim Rzayev isə Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bundan başqa Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad Qasımov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 943