Hacıqabulda aşpazı baltaladılar


17:24     01 Fevral 2016 baltaladilar.PNG

Azərbaycanda kafedə aşpaza ağır xəsarətlər yetirilib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 30-da Hacıqabul rayonunun Nəvahi qəsəbəsindəki kafelərdən birində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Əsgərov xuliqanlıq zəminində orada aşpaz işləyən İsmayıllı şəhər sakini Rövşən Nurməmmədovun baş nahiyəsinə balta ilə xəsarət yetirib. R.Nurməmmədov xəstəxanaya yerləşdirilib.

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsgərov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 998