Həmyerlisinin 10 min dollarını oğurladı - Ağcabədidə
17:42 01 Fevral 2016
Ağcabədi rayonunda mənzildən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10 000 manat və 10 000 ABŞ dolları, habelə qızıl əşyaları olan seyfi oğurlamış həmyerliləri Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Oxunub: 746