Əməkdar artist polis bölməsinə çağırıldı


18:49     01 Fevral 2016 emekdar%20artist.PNG

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılmasından danışıb.


Femida.az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, aktrisa üstünə şər atıldığını deyib: "Böyüdüyüm bir ailə var. O ailəni ikinci ailəm hesab edirəm. O kişinin evinə getmişəm, həkimlər gətirmişəm. Həmin vaxt yad bir adam görəndə soruşdum ki, bu kimdir. Onlar da bundan sui-istifadə edib məndən şikayət ediblər.Ərizədə yazıblar ki, guya məni böyüdən Xalıq Məmmədov adlı adamı təhqir etmişəm. İzahatımı verib sərbəst buraxıldım".

Xatırladaq ki, aktrisa bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.

Açar sözlər:

Oxunub: 1185