Miri Yusif məhkəməni uddu - QƏRAR


22:41     01 Fevral 2016 collage6.jpg

Miri Yusiflə türkiyəli müğənni Funda Ararın məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, bu barədə Miri Yusifin prodüseri Emin Əfəndi məlumat yayıb.

Prodüser məhkəmədə qarşı tərəfin uduzduğunu bildirib:

“Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu “Bağışla” Miri Yusifin 2009-cu ildə ifa etdiyi “Bağışla” mahnısının tam təkrarıdır”.

Xatırladaq ki, türkiyəli müğənni yeni albomuna Miri Yusifin “Bağışla” mahnısı əlavə etmiş, hətta klip də çəktirmişdi. Ancaq müəllifin adı qeyd olunmamışdı. Bununla bağlı Miri Yusif məhkəməyə müraciət etmişdi.



Açar sözlər:

Oxunub: 1259


Oxşar xəbərlər