Müəllimə məktəbdən qaçırıldı- Ağcabədidə dəhşətli hadisə


00:11     02 Fevral 2016 b2b7a37b7a6d892a2759d3ad5ab7708a_3.jpg

Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb.

Femida.az report-a isitinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.

Rayon sakini, 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.

Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin "102-Qaynar xəttinə" və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər. Hazırda Rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 2205