3 polis bıçaqlandı - Bakıda kütləvi dava
15:24 02 Fevral 2016
Bu gecə Sabunçuda polislə bir qrup şəxs arasında qarşıdurma olub.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, saat 02 radələrində Şəhər şosesində yerləşən “Emin” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. Kafeyə gələn polis əməkdaşları məsələni aydınlaşdırmağa çalışarkən bıçaqlanıblar. Polis kapitanı Ağaəli Ələkbərov, baş resjant Elnur Şərifov və serjant Bəxtiyar Abbasov bədənlərinin müxtəlif nahiyələrindən daxilə nüfuz etməyən xəsarətlər alıblar.
Dava-dalaş salaraq xuliqanlıq edən, eləcə də polisə müqavimət göstərərək onları bıçaqlayan 1986-cıı il təvəllüdlü Məmmədov İlham Bəykişi oğlu, 1987-ci il təvəllüdlü Muradov Dəyanət Hüseyn oğlu və 1986-cı il təvəllüdlü Məlikov Ceyhun Fariz oğlu saxlanılıb.
Məlum olub ki, onların hamısı Beyləqan sakinidir və hadisə vaxtı sərxoş vəziyyətdə olub.
Oxunub: 1923
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda