Kişi baldızı ilə evləndi - MƏHKƏMƏDƏ DAVA


20:19     02 Fevral 2016 fft17_mf24524.Jpeg


Bakının Xəzər rayon Məhkəməsində olduqca qalmaqallı məhkəmə prosesi keçirlir.


Hüquq müdafiəçisi Məlahət Nəbiyevanın Femida.az-a verdiyi məlumata görə, Beyləqan rayon sakini olan Fərzəliyev Vüsal boşadığı qadının bacısı ilə evlənərək övladını qəyyumluğunu almaq istəyir:

“Belə halla öz təcrübəmdə ilk dəfədir ki, qarşılaşıram. Keçmiş ər boşandığı qadının ana bir, ata ayrı bacısı ilə evlənmək qərarına gəlib. Hazırda bir yerdə yaşayırlar və ailə də kiçik bacını dəstəkləyir. Xüsusilə ana qızının boşandığı əri ilə kiçik qızının evlənməsini istəyir. Ana ikinci evlilikdən olan qızı dəstəkləyib və əvvəlki nikahdan olan qardaş bacısını evdən çıxarıb. Qadına boşandığı ərini verdiyi aliment də əlindən alınıb. İndi də keçmiş ər qadının uşağını almaq üçün məhkəməyə verib. Qadın övladı ilə bərabər 2 aydır ki, sığınacaqdadır və hər ikisi depressiya vəziyyətinə düşüb”.

Məhkəmə prosesində tərəflər arasında ciddi qarşıdurma yaranıb. Məhkəmə nəzarətçilərinin müdaxiləsindən sonra tərəflər arasında sakitlik yaranıb.

Növbəti məhkəmə prosesi fevralın 9-da keçiriləcək.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8656