Üç uşaq anası itkin düşdü - FOTOLAR


17:12     06 Fevral 2016 12674267_1131122353573338_389513658_n4.jpg


Femida.az xəbər verir ki, Bakıda qadın itkin düşüb. Bu haqda məlumatı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib.


Məlumata görə həmin qadın 19 fevral 1972- ci il təvəllüdlü Hökümə Əzizovadır. İlkin məlumata görə Hökümə Əzizova əvvəllər N.Nərimanov küçəsində qeydiyyatda olub, sonradan Xəzər rayon polis idarəsinə qeydiyyata düşüb.

Xatırladaq ki, itkin düşən qadının 3 övladı var. Hadisə ilə bağlı artıq polisə məlumat verilib. Qadını görənlərdən polisə məlumat vermələri xahiş olunur.




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8274