Bərdədə oğurlanan qoyun sürüsü tapıldı (FOTO)


19:29     06 Fevral 2016 101e771968e5.jpg


Bərdə polisi 3 gün öncə yoxa çıxan, rayonun Hacallı kənd sakini Famil Musayevə məxsus 96 baş xırdabuynuzlu heyvanın bir hisəsini aşkarlayıb.
ANS PRESS-in məlumatına görə, qoyunlar oğurlandıqları tövlədən təqribən 5 km uzaqlıqda, Ağcabədinin Qaravəlli kəndi ərazisindəki əkin sahəsində tapılıb.

Kənd sakini Təzahim Quliyevin sözlərinə görə, ötən gün günorta saatlarında ərazidə sahibsiz qoyunların otladığını görüblər. Əvvəlcə heyvanların həmkəndlilərinə məxsus olduğunu düşünblər.
“Gecə qalıb burda. Səhər tezdən kəndin uşaqlarından mala gedən olur. Zəng etdilər ki, qoyunlar yenə gəlib bura. Neçəsini su arxının yanında çaqqal parçalayıb. Gəldim gördüm bir yerə topalanıblar. Dedim yəqin yazıq sahibi onları axtarmaqdan əsir-yesir olub".

T.Quliyev qoyunların həmkndlilərinə məxsus omadığını dəqiqiləşdirəndən sonra kənd bələdiyyəsinə məlumat verib. O, isə polisə bu barədə xəbər verib.

Ərazidə yırtıcı heyvanlar tərəfindın parçalanmış təqribən 4 cəsəd olub. F.Musayev heyvanların ona məxsus olduğunu təsdiqləyib. Tapılmış 57 baş qoyun isə polislər tərəfindən sahibinə təhvil verilib.

Açar sözlər:

Oxunub: 1368