Sabunçuda bıçaqlanma olub


22:20     06 Fevral 2016 BICAQLANMA1.jpg

Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 5-də Sabunçu qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində qəsəbə sakini Hafiz Əliyevə bıçaqla xəsarət yetirmişdir. H.Əliyev xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Səid Məmmədov tutulub.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1018