Həkim faciəvi şəkildə öldü - Gəncədə


13:18     07 Fevral 2016 1f1e24e4b6049cb3e4c2705af31a72b949.jpg

Gəncədə bədbəxt hadisə baş verib.


Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-nin xilasetmə xidmətinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğunu müəyyən ediblər. Məlumata görə, o evdə tək yaşayıb.

Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyirdi./apa/

Açar sözlər:

Oxunub: 732