Bakı-İstanbul aviareysi təxirə salındı


00:33     18 Fevral 2016 aa7afb5fc9322c0ac7e7492492ddadcd.jpg


“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb.

Femida.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, fevralın 17-də Bakıdan İstanbula olan aviareys sərnişin azlığı səbəbindən təxirə salınıb. Uçuş yerli vaxtla saat 17:35-də olmalı idi.

“Aviareysin təxirə salınması barədə bilet alan sərnişinlərə öncədən məlumat verilib. AZAL sözügedən aviareysə bileti olan sərnişinlərə AZAL-ın hesabına alternativ aviareyslər təklif edib”, - deyə P.Kəsəmənski vurğulayıb.

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys bu gün saat 20:45-də reallaşdırılacaq.

Açar sözlər:

Oxunub: 878