Qar, şaxta, çiskin - Bu günün havası
13:38 18 Fevral 2016
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, günün birinci yarısında 9 dərəcəyədək isti, günün ikinci yarısında 3-5 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, gün ərzində arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə və gündüz 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 18-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Femida.az
Oxunub: 1266
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək