Göygöldə ağır yol qəzası - 8 nəfər yaralı var
14:29 19 Fevral 2016
Bu gecə saat 00:10 radələrində Göygöl rayonunun mərkəzində yol qəza hadisəsi baş verib.
Femida.az xəbər verir ki, "Hyundai Sonata" markalı avtomobillə VAZ 2107-in toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Araz Tanırverdiyev, Taleh Səmədzadə, Röfət Həsənov, Şaiq Əhmədov, Qədim bə Bilman Abdıyevlər, eləcədə Sahib Quliyev və Sənan Məcidov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin Qədim Abdıyev və Sahib Quliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşmış tibb ocağına göndərilib. Digər yaralıların müayinə və müalicəsi Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir.
İlkin ehtimala görə, qəzaya dumanlı hava səbəb olub.
Hava şəraitindən düzgün sürət seçməyən sükan sahibləri qarşı-qarşıya gələrək toqquşublar. Qəzanın səbəbləri Göygöl rayon polis şöbəsində araşdırılır.
Oxunub: 1128
Oxşar xəbərlər
- Göygöldə 22 yaşlı gənc intihar edib
- Göygöldə restoran yandı
- Göygöldə yük maşını yandı
- Göygöldə hamam yanıb
- Göygöldə Gəncə sakini döyüldü
- Göygöldə öldürülən qadınlarla bağlı RƏSMİ AÇIQLAMA
- Göygöldə iki qadın öldürüldü - Birinin başı kəsilib
- Göygöldə 2 maşın toqquşub
- Göygöldə 3 maşın qəzaya düşdü
- Göygöldə yanğın olub