Suriyada atəşkəs elan olunur


00:16     21 Fevral 2016 suriya3.jpg

Suriya müxalifəti iki-üç həftəlik atəşkəs rejiminin tətbiq olunmasına dair razılığa gəlib.


Femida.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Suriya müxalifəti atəşkəs rejiminin tətbiq edilməsi üçün bir şərt irəli sürüb. Məlumata görə, müxalifət Rusiyanın Suriya ərazisinə hava zərbələrinin endirilməsinə son qoyacağı təqdirdə atəşkəs rejiminin tətbiqi ilə razılaşacağını bəyan edib.

Qeyd edək ki, Suriyaya Beynəlxalq Dəstək Qrupu fevralın 12-də Münhendə keçirilən danışıqlar zamanı yekun bəyanatı razılaşdırıb. Razılaşma Suriyada hərbi əməliyyatların bir həftə ərzində dayandırılmasını nəzərdə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 1074