Xocalı soyqırımı ilə bağlı Londonda yürüş
02:46 21 Fevral 2016
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Londonda yürüş-mitinq keçirilib.
Yağışlı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.
Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.
Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.
Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər.
Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.
Femida.az
Oxunub: 1792
Oxşar xəbərlər
- Xocalıda başlayan ömür - Ramil Usubovun doğum günüdür (FOTOLAR)
- Xocalı qadınları CNN-in aparıcısına məktub yazdı - FOTO
- Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək
- Xocalı sakini ABŞ Konqresində erməni vəhşiliyindən danışdı
- Xocalı ilə bağlı Avstraliya XİN-ə - Müraciət
- Xocalı təqaüdü təsis olunsun - Deputatdan təklif
- Xocalı ilə bağlı yürüş - Bu marşurut yolunu dəyişir
- Xocalıda sona qədər döyüşən icra başçısı: `Anamı, nənəmi itirdim` (MÜSAHİBƏ)
- Xocalı qurbanları mərkəzdə anıldı - FOTOLAR
- Xocalı ilə bağlı yürüş - Bu yollar bağlanacaq