Uşağını qoyub qaçan gəlin tapıldı - ŞƏHƏRDƏN


14:01     17 Mart 2016 qadin%20itkin%20(1).JPG

Bakıda 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın ötən ilin sentyabr ayında evdən çıxmış və geri qayıtmadığı barədə məlumat vermişdik.

Femida.az xəbər verir ki, dünən axşam saatlarında Xumar Sadıqova hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılıb və ailəsinə təhvil verilib. Tapılan qadın azad cəmiyyətdə və sərbəst yaşamaq istədiyini və bunun üçün evdən getdiyini bildirib. Həmçinin qadın sonradan bu əməlindən peşman olduğunu deyib.Əldə etdiyimiz məlumata görə qadın hazırda ailəsindədir və normal həyata qayıdıb.

Qeyd edək ki, Xətai rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib. Evdən gedərkən o, özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri olmadığı üçün babası uşağı orta məktəbə də düzəldə bilməyib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8814