Həbsxanada qətl törədənə 14 il iş


20:59     17 Mart 2016 məhkəmə8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Famil Hüseynovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökümünə əsasən F.Hüseynov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib. Müəssisədə cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib. Nəticədə F.Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H.Əliyevi vurub. H.Əliyev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

Açar sözlər:

Oxunub: 1116