Bakıda ağır qəza - 7 yaralı
13:02 18 Mart 2016
Bakının Səbail rayonunda çox sayda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
Femida.az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. Ağır qəza sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Qəzaya səbəb olan avtomobil yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib.
Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra “BMW” işıq dirəyinin yuxarı hissəinə kimi qalxıb və bundan sonra dirək aşıb.
Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Piyaalardan 3-ü İran İslam respublikasının vətəndaşıdır.
Yaralılar dərhal 1 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Həkimlərin verdiyi məlumata görə 7 nəfrədən 3-nün vəziyyəti orta ağırdır.
Verilən məlumata görə, hadisəni törədən “BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.
Baş vermiş hadisə ilə əlaqədar əraziyə yol patrul xidmətinin əməkdaşları gəlib. Qəza zamanı 6 avtomobil yararsız haıala düşdüyündən əraziyə evakutorlar cəlb olunub. Avtomobillər cərimə meydançasına aparılıb
Faktla əlaqədar araşdırmalara başlanıb
Oxunub: 561
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik