Sumqayıtda yanğın: sakinlər təxliyə olundular


13:53     18 Mart 2016 fhn%20yangin11175.jpg

Dünən gecə saatlarında Sumqayıtda yaşayış binasının zirzəmisinə yığılmış məişət tullantıları arasında yanğının baş verməsi bina sakinlərinə qorxulu anlar yaşadıb.


Femida.az xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılmış 20 kv.m sahədə məişət tullantıları yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yanğın saat 21:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 889