Ucarda dəhşət - Toy gecəsi arvadını öldürdü


14:31     18 Mart 2016 cinayet%20intihar%20qadin0.jpg

Ucarda qətl törədilib.


Femida.az xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Ucar rayonu Səttarxan küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.

Dünən “Taleh” şadlıq sarayında toyları olan Ramil Məmmədov evə gəldikdən sonra həyat yoldaşı 17 yaşlı Səbinəni bıçaqla vuraraq qətlə yetirib. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qətli törətdən R. Nəsirov daha sonra könüllü polisə təslim olub.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6248