Cinayət Məcəlləsinə dəyişiklik edildi


18:55     18 Mart 2016 cinayet%20mecellesi4.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


Femida.az-ın xəbərinə görə, məlumat verilib ki, məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə də əlavə və dəyişiklik edilib.

Belə ki, məcəllənin 240.3.2-ci maddəsinə edilən əlavə və dəyişikliyə əsasən, güclü təsir edən maddələrə münasibətdə satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 1619