Gəncədə kişi meyiti tapıldı


04:28     19 Mart 2016 meyit1.jpg

Gəncə şəhər sakini şəhərin mərkəzində ölmüş vəziyyətdə aşkarlanıb.


Femida.az xəbər verir ki, bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qazonun üstündə kişi meyiti aşkarlanıb.

Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, ölən şəxs 1960-cı il təvəllüdlü Gəncə şəhər sakini Zakir Əliyevdir. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. “Zaxar” ləqəbli Z. Əliyevin bir ay bundan əvvəl həbsxanadan çıxdığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1069