Kürdəmirdə ikimərtəbəli ev yandı


13:41     19 Mart 2016 femida%20yangin972.jpg

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 737