Taleh Bağırovun şikayəti təmin edilmədi


15:06     19 Mart 2016 taleh%20hacizade.jpg

Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, bu barədə Taleh Bağırovun vəkili Elçin Sadıqovun özünün Feysbuk səhifəsində yazıb.

O bildirib ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib. Vəkil həmçinin 1 saylı Bakı İstintaq Təcridxanasında Bağırzadə ilə görüşüb. Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, martın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Açar sözlər:

Oxunub: 896