Lebedevdən İrəvan və Bakıya çağırış


17:52     04 Aprel 2016 sergey%20lebedev%20femida.jpg

Biz hamımız, Müstəqil Dövlətlər Birliyi, Azərbaycanın və Ermənistanın dostları və tərəfdaşları ürəkdən inanırıq ki, hər iki tərəf iradə və təmkin nümayiş etdirəcək, qan tökülməsini dayandıracaq və tezliklə hər iki ölkənin xalqlarının maraqlarına uyğun sülh dialoquna yenidən başlamağa imkan tapacaqlar.


Azərtac xəbər verir ki, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi və qanlı toqquşmalar bütün Birlik ölkələrində dərin kədər və böyük narahatlıq hissi ilə qarşılanıb.

S.Lebedevin sözlərinə görə, MDB-nin iştirakçısı olan bir sıra ölkələrin prezidentləri və nazirləri artıq Azərbaycan və Ermənistandakı tərəfdaşlarına müraciət edərək, hərbi əməliyyatları dayandırmaq üçün təxirəsalınmaz addımlar atmağı və münaqişənin sülh yolu ilə həllinin axtarışlarına yenidən başlamağı təkidlə onlardan xahiş ediblər.

“Gənc azərbaycanlılar və ermənilər tələf olurlar, minlərlə insan əziyyət çəkir, hər iki tərəfə böyük ziyan dəyir, düşmənçilik və nifrət ab-havası daha da şiddətlənir - bütün bunlar sülhə qayıdış bazasını xeyli sarsıdır”.

Açar sözlər:

Oxunub: 957


Oxşar xəbərlər