Sarkisyanın kompromis çağırışı – TƏHLİL


19:57     04 Aprel 2016 sarkis9.jpg


Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan belə bir bəyanatla çıxış edib ki, Ermənistan Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır.

Bəs görəsən, Sarkisyanın bu bəyanatına inanmaq nə dərəcədə doğru olar?

Məsələ ilə bağlı Femida.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, bu hiylə ola bilər və Sarkisyan bizi rahatlatmaq üçün vaxt udmaq istəyir:

“Ermənistan prezidenti Serj Sarkisyan güzəştə gedə biləcəyini açıqlayıb. Bu hiylə də ola bilər. Ona görə hələ tələsməyək. Bəlkə Sərkisyan bizi rahatlatmaq üçün vaxt udmaq istəyir. Ona görə də tələsməyək və Sərkisyanın "güzəştə hazırıq" ifadəsinin geniş izahını gözləyək. Bütün hallarda mən illər öncə də deyirdim və yazırdım ki, Ermənistan hakimiyyəti qarşısında real güc görməyənə qədər ancaq danışıqlarla güzəştə getməyəcək. Mən beynəlxalq təşkilatların xətti ilə 1999-cu ildə İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və indiki prezident Serj Sərkisyana verdiyim suallardan əsəbiləşərək, hər ikisi sərt şəkildə demişdilər ki, "biz vuruşub həmin torpaqları almışıq, elə-belə qaytara bilmərik". Biz də "elə-belə" istəmədik”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 971