“Qəddafinin devrilməsi ən böyük səhvimdir” – Obama


21:57     11 Aprel 2016 obama%20a.jpg

Barak Obama vəzifəsi dövründə etdiyi ən böyük səhvi barədə danışıb.


Femida.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama "Fox News Sunday"-a verdiyi müsahibədə hakimiyyətdə olduğu dövrdə çox şeyə nail olduğunu, lakin bununla belə səhvlərinin də olduğunu etiraf edib.

O, Liviyada Diktator Müəmmər əl-Qəddafinin hakimiyyətdən salınmasını ən böyük səhvi olaraq dəyərləndirib:

"Liviyada Qaddafinin devrilməsindən sonra xaos hökm sürür. Ölkədə saysız-hesabsız silahlı quruplaşmalar mövcuddur və İŞİD getdikcə daha da qüvvətlənir " - deyə, Barak Obama bildirib.

Vüsal Abbaszadə

Femida.az

Açar sözlər:

Oxunub: 3918


Oxşar xəbərlər