Jurnalistin evi qarət olundu - Bakıda


14:20     18 May 2016 ogurluq95.jpg

APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub.


Femida.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 932