Cəlilabadda avtomobil aşıb, 2 yaralı var


01:06     19 May 2016 qeza%20celilabad.jpg

Cəlilabadda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Apa-ya istinadən verdiyi xəbərə görə, hadisə mayın 18-də axşam saatlarında Ələt-Astara magistral yolunun 145-ci kilometrliyində qeydə alınıb.

Masallı rayon sakini, 21 yaşlı Nadir Rafiq oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən sürət həddini aşdığından idarəetməni itirib və aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun sərnişini, Cəlilabad rayon sakini, 24 yaşlı Lalə Mirverdiyeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 931