Bakıda qadın bıçaqlandı


13:26     19 May 2016 1351597684_bicaqlama_7_700x390.jpg

Bakıda 47 yaşlı yaşlı qadın bıçaqlanıb.


Femida.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Quba rayon sakini, 1969-cu il təvəllüdlü Bahar Məmmədova Azadlıq prospektində bıçaqlanıb. Qadının səsinə gələn ətrafdakılar onun qan içində olduğunu görüblər. Onlar təcili tibbi yardım briqadası çağırıblar və qadın xəstəxanaya çatdırılıb. Həkimlər Bahar Məmmədovanın döş nahiyəsində bıçaq xəsarəti aşkarlayıblar.

Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 47 yaşlı qadını küçənin ortasında bıçaqlayan şəxsin axtarışlarına başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 934