Arvadını öldürüb intihara cəhd etdi - Sumqayıtda


14:34     19 May 2016 cinayet%20intihar%20qadin0.jpg

Sumqayıtda qətl törədilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Açar sözlər:

Oxunub: 846