“Azərbaycan güclü orduya sahibdir“


22:12     27 İyun 2015 50975.jpg


Türkiyədə Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib. Femida.az-ın məlumatına görə, tədbirdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz da iştirak edib. O, dost qardaş Azərbaycanın Qafqazda Türkiyənin ən yaxın müttəfiqi olduğunu xatırladıb.

"Ortaq dil, din və qədim tarixi, mədəni dəyərlərə sahib olan münasibətlərimiz qarşılıqlı cəhdlər, sarsılmaz iradə təməlində inkişaf etməkdədir".

Səfirlikdə keçirilən qəbulda nazirdən başqa baş qərargah rəisinin müavini ordu generalı Yaşar Gülər, Hava Qüvvələri kapitanı Akın Öztürk, çox sayda diplomatik nümayəndə və xarici qonaqlar dəvət edilib.

Müdafiə naziri Azərbaycanın güclü orduya sahib olduğunu deyib. O, qeyd edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi sülh yolu ilə təmin edilməlidir. Dağlıq Qarabağ münaqişəsi də bu çərcivədə beynəlxalq hüquq prinsipləri ilə həll edilməlidir.

"Türkiyə ilə Azərbaycan arasındakı hərbi sahədə əməkdaşlıq münasibətlərdə xüsusi yer tutur. Hərbi əməkdaşlıq ancaq silahlı qüvvələrimizin inkişafı baxımından yox, eyni zamanda bölgədə sülh və sabitliyin təminatı kimi də böyük önəm daşımaqdadır".

İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü qeyd edilib. 97 il qabaq - 26 iyun 1918-ci il tarixdə Gəncədə Milli Ordunun yaradılması üçün fəaliyyətə başlamış Azərbaycan oğulları 3 min ildən çox yaşı olan bu ulusun tarixinin, bəlkə də, ən önəmli qərarlarından birini verdilər. Anadoludan gəlmiş 5,5 min nəfərlik Qafqaz İslam Ordusu ilə birləşmiş 7 minlik Əlahiddə Azərbaycan Korpusu milli heysiyyətin qorunması üçün böyük savaşa girdi. Ordumuz sayca 10 dəfəyə qədər çox olan düşməni yerində oturdaraq milli mövcudluğumuzu qoruya bildi.

Açar sözlər:

Oxunub: 744