2 boksçumuzdan qızıl medal


01:53     28 İyun 2015 0fdb5a5910a2dda66b85472481c60d18.jpg


Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan sağlamlığında problem yarandığı üçün döyüşdən imtina edib

Azərbaycanın daha 2 boksçusu ilk Avropa Oyunlarında qızıl medal qazanıb.

Apasport.az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev üçün həlledici görüşün prinsipial xarakterli olması gözlənilsə də, o, rinqə çıxmadan qalib elan olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsidi. Nəticədə Abdullayev boks komandamıza 5-ci, ölkəmizə 20-ci çempionluq sevinci yaradıb.

Gənclər arasında qitə çempionu olan Pərviz Bağırov isə Avropa Oyunlarında Azərbaycana 21-ci qıxzl medalı qazandırıb.

P. Bağırov finalda rusiyalı Aleksandr Besputinə qalib gəlib.

Açar sözlər:

Oxunub: 598