600 milyonluq yaxta, 400 milyonluq ev... - Özbək milyarderin mülkləri
17:56 06 Sentyabr 2016
Dünyanın ən zəngin iş adamlarından biri, özbək biznesmenlər arasında ən məşhuru olan Əlişir Usmanovun Özbəkistanın paytaxtı Daşkənddəki evinə dünya milyarderləri həsəd apara bilər.
Uzbek TV-nin yaydığı məlumata görə, evin əsas yataq otağında bütün mebel qızılla örtülüb. Vanna otağında da bütün əşyalar qızıldandır və brilyant, almaz qaşlarla bəzədilib. Evdəki mebəllə unikal antikvariatın və sənət əsərlərinin ümumi dəyəri 320 milyon dollardır.
17 milyard dollarlıq varidatın sahibi olan 63 yaşlı Əlişir Usmanovun bu evinin dəyəri 90 milyon dollara yaxındır.
Ə.Usmanovun 300 milyon dollarlıq Airbus A300 modelli özəl reaktiv təyyarəsi və 600 milyon dollarlıq "Dilbar" adlı superyaxtası da var.
Özbək milyarder təyyarəyə atası Burxanın, yaxtaya isə anası Dilbarın adlarını verib.
Femida.az
Oxunub: 11071
Oxşar xəbərlər
- 600 kq sarımsaq gömrükdən geri qaytarılıb
- 600-dən çox bal toplayan gənclərin nəzərinə! - DİM sizi axtarır
- 600-dən yuxarı bal toplayan tələbələrə ŞAD XƏBƏR
- 600 miqrantın olduğu qayıq batdı
- 600-dən çox bal toplayan tələbələr mükafatlandırılıb
- 600 qrama yaxın narkotik tapıldı
- 6000 azərbaycanlı ermənilərə girov düşüb
- 600-dən çox dərmanın qiyməti təsdiqləndi
- 600-ə yaxın işsizə iş verildi