Alimlərin yeni kəşfi - Bunu etmək zərərlidir
00:26 14 Sentyabr 2016
ABŞ-ın Oreqon Universitetinin alimləri belə hesab edirlər ki, əllərin müntəzəm sürətdə antibakterial sabunla yuyulması superbakteriyaların əmələ gəlməsinə gətirib çıxarır.
Mütəxəssislər idman zalının, su hovuzunun, ofis və camaşırxananın olduğu idman kompleksindən toz və tər nümunələri götürüb tədqiq ediblər. Götürülmüş nümunələrdə antibiotik və digər dərman vasitələrinə qarşı heç bir reaksiya verməyən superbakteriyalar aşkar olunub.
Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, bu cür orqanizmlərin meydana gəlməsi “təkamül”ə oxşar halla bağlıdır. Mütəxəssislərin fikrincə, bakteriyalar hər dəfə sabunla təmasda olduqda özlərinə zəruri olan immunitet qazanıblar. Ekspertlərin sözlərinə görə, mikroblara qarşı daha güclü antibiotiklər tətbiq etdikdə, onların bu cür maddələrdən müdafiə qabiliyyəti yalnız yüksəlir.
Qeyd edək ki, hazırda superbakteriyaların yaranmasına səbəb kosmetika, diş məcunu və şampunlarda istifadə olunan triklozan, etil, metil və sair kimi maddələrdir.
Oxunub: 25084
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək