Aydın Əliyev vətəndaşları qəbul edib


04:59     17 İyul 2015 c226421388e79d23fcbab9fb08ccc9a5.jpg

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da İsmayıllı şəhərində İsmayıllı, Qəbələ və Şamaxı rayonlarından olan sakinləri qəbul edib. Heydər Əliyev Mərkəzində DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələ­rində vəziyyət barədə olub.

Hər bir vətəndaş DGK-nın sədri tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 779