Bu universitet üçün 2 yataqxana tikilir


22:36     17 İyul 2015 1434693431_0001.jpg

Azərbaycanın ali məktəbləri arasında ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinə Prezidentin yaxından dəstəyi ilə, ən müasir tələblərə cavab verən 2 yataqxana kompleksi tikilir.

Univerisitetdən Femida.az-a verilən məlumata görə, hər yataqxanada 630 nəfər (cəmi:1260) tələbənin yerləşdirilməsi nəzərdə tutulur, otaqların hamısı 2 nəfərlikdir. Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcək.

Hər 2 yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişətləri ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 997