Lavrov İrəvana zəng etdi


15:30     18 İyul 2015 d0bfd0bed0bbd0b8d182-116.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqları başa vurduqdan sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyana zəng edib.


Bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb. Lavrov erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Rusiya xarici işlər naziri Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ilə görüşdə dediyi fikirləri təkrarlayaraq Nalbəndyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları intensivləşdirməyin vaxtı çatıb.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Moskvaya işgüzar səfər edib. Səfər Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır və ehtimal edilir ki, Rusiya yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb.

Açar sözlər:

Oxunub: 700