Bakıda 736 hemofiliyalı xəstə var


16:16     19 Noyabr 2016 9add556f-3862-40ba-b6a0-f19b331f72ee.jpg

“Bu il Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb”.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi - Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib.

Elmira Qədimova bildirib ki, bölgələrə görə xəstələrin sayı araşdırılıb. Məlum olunub ki, Bakı və Sumqayıtda, mərkəzi Aran regionunda xəstələrin sayı daha çoxdur. Onun sözlərinə görə, Bakıda qeydiyyatda olan 736, Sumqayıtda isə 77 nəfər xəstə var. 90 xəstənin qeydiyyatı ayrı-ayrı rayonlara olsa da, Bakıda yaşayır.

Femida.az

Açar sözlər:

Oxunub: 1324